Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Bir qrup insan var ki, onlar yayda qidalanmalarına xüsusən diqqət etməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, öd daşı xəstəliyi və mədəsində qastrit olanlar qida seçimi edərkən diqqətli olmalıdırlar:
"Xüsusilə yayda isti səbəbilə maye itkisi olduğu üçün öd daşı xəstəliklərinin yaranması riski artır".
Mütəxəssis onu da nəzərə çatdırıb ki, mədə turşuluğunu normasında saxlamaqdan ötrü dərman qəbul edənlər üçün düzgün qidalanmamaq ciddi problemlərə səbəb ola bilər.
Mina Mikayılova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.