AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.
Ölkə.Az report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Qurumun baş katibi C.Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib.
O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.