AZ

Türkiyə, İran və Gürcüstan əsas səfər istiqamətləri olaraq qalır

2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azalaraq 807,6 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İrana səfər edənlərin sayı 27,3%, Gürcüstana gedənlərin sayı 22,8% artıb. Türkiyəyə səfərlər 6,2%, Rusiya Federasiyasına səfərlər isə 25,3% azalıb.

Hesabat dövründə Azərbaycan vətəndaşlarının:

36,5%-i Türkiyəyə,

16,4%-i Rusiya Federasiyasına,

11,0%-i Gürcüstana,

11,0%-i İrana,

25,1%-i isə digər ölkələrə səfər edib.

Səfər edənlərin 66,8%-ni kişilər, 33,2%-ni isə qadınlar təşkil edib.

Vətəndaşların 67,8%-i hava nəqliyyatı, 30,0%-i dəmir yolu və avtomobil, 2,2%-i isə dəniz nəqliyyatından istifadə edib.

Gülnar Nazimqızı 

Seçilən
6
1
anews.az

3Mənbələr