AZ

Həkim qəhvə ilə hansı qidaların qəbul edilməməsi lazım olduğunu deyir

Bitki mənşəli qidalardan alınan dəmir qəhvə ilə qəbul edildikdə daha az sorulur.

Editor.az xəbər verir ki, dəmir çatışmazlığı özünü yorğunluq, konsentrasiyanın olmaması və fiziki performansın zəifliyi şəklində göstərə bilər.

“Dəmir orqanizmdə oksigenin daşınmasında mühüm rol oynayır. Ona görə də onun çatışmazlığı anemiyaya səbəb ola bilər”, – diyetoloq izah edib.

Mütəxəssisin sözlərinə görə, dəmir qaraciyər, qırmızı ət, balıq, paxlalılar, tofu, ispanaq, qoz-fındıq, toxum və bütün taxıl məhsullarında olur. Həkim qeyd edib ki, orqanizm kofeinə məruz qaldıqda belə, mikroelementin heyvan variantını demək olar ki, tamamilə qəbul edə bilir. Bitki dəmiri, əksinə, “köməkçi” qida komponentlərinə ehtiyac duyur.

“Bitki qidaları portağal, kivi və ya çiyələk kimi C vitamini ilə zəngin qidalarla birləşdirilməlidir”,-həkim bildirib.

O deyib ki, bu sadə pəhriz dəyişikliklərinin ürək və beyin üçün vacib olan omeqa-3 yağ turşularının udulmasını yaxşılaşdırmaq kimi başqa faydaları da var.

//Gülnarə Abasova, Editor.az

Seçilən
88
28
editor.az

10Mənbələr