AZ

NATO baş katibi Trampın İsrail və İrana “atalıq qayğısı”ndan danışdı

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte mətbuat brifinqində danışarkən İsrail və İran arasındakı müharibəni müzakirə ediblər.

Yenisabah.az sky news-a istinadla xəbər verir ki, Rutte Trampın dünən efirdə söyüş söyməsinə işarə edib.

ABŞ prezidenti İran və İsraili “məktəb həyətindəki iki uşaq”la müqayisə edərək, “onlar ölənə kimi döyüşürlər, onlara mane ola bilməzsən”, - deyib.

"Qoy onlar iki-üç dəqiqə döyüşsünlər. Onda onları dayandırmaq daha asandır", - o əlavə edib.

"Ata" bəzən onları dayandırmaq üçün sərt dildən istifadə etməli olur", - deyə Rutte zarafat edib.

Tramp belə cavab verib: “Güc dilindən vaxtaşırı istifadə etməlisən”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
yenisabah.az

2Mənbələr