AZ

FHN-in Mülki müdafiə qoşunlarında Silahlı Qüvvələr Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə silsilə tədbirlər keçirilib.

FHN-dən Herbiand.az-a verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb, bu istiqamətdə titanik fəaliyyət göstərib. Bu mütərəqqi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilib ki, məhz Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü göstərdi.

Tədbirlərin sonunda Azərbaycan Silahlı Qüvvələrinin tarixinə həsr olunmuş milli vətənpərvərlik ruhunda filmlər nümayiş olunub.

Tədbirlərdə milli vətənpərvərlik ruhunda bədii hissə təqdim olunub.



Seçilən
16
7
herbiand.az

8Mənbələr