AZ

Yamal nə etdiyini yaxşı bilir

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Barselona"nın və yığmanın futbolçusu Lamin Yamal haqda danışıb. 

QOL.az COPE-yə istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Onu qorumalıyıq. Hamımız görürük ki, o, xüsusi bir futbolçudur, amma hər şey vaxtında olmalıdır. Yamal özü də bunu başa düşür, fokuslanıb və yaşına görə olduqca yetkin bir oyunçudur. O, nə etdiyini yaxşı bilir.

Əgər biz ona yalnız tərif deyib yalandan başını ucaltsaq, ona pislik etmiş olarıq. Eşidirəm ki, bəziləri onun kifayət qədər qol vurmadığını deyir... Aman Tanrım, sanki bu insanlar Marsda yaşayır”.

Qeyd edək ki, Lamin Yamal başa çatan mövsümdə 55 oyuna çıxaraq 18 qol vurub və 25 qolun ötürməsini edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
29
qol.az

10Mənbələr