AZ

Azərbaycanda Məhərrəm ayı başladı

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb. SİA xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək.

Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və sair dinimizə görə qəbuledilməzdir. “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Seçilən
18
35
sia.az

10Mənbələr