AZ

Ermənistanda terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə ilkin həbsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə din xadiminin vəkili Hovhannes Xudoyan deyib.

Onun sözlərinə görə, qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” adlı hərəkatın iştirakçıları və liderlərini ölkədə hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməkdə ittiham edib.

Nəticədə arxiyepiskopun və eləcə də onun tərəfdarlarının evlərində axtarışlar aparılıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan özünün telegram kanalında hökumətyönlü Civic.am portalında dərc edilmiş və hakimiyyətin ələ keçirilməsinin planlaşdırıldığı barədə məlumat yerləşdirilən məqaləni paylaşıb.

Seçilən
41
16
report.az

10Mənbələr