AZ

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Hurriyyet.az xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə 44 günlük Vətən müharibəsi iştirakçısı polkovnik Etibar Məhərrəmov təyinat alıb.

Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və digər medallarla təltif edilib.

Qeyd edək ki, Etibar Məhərrəmov bu vəzifədə general-leytenant Fazil Ağalarovu əvəz edib. General Ağalarov bir neçə ay əvvəl təqaüdə göndərilib.

Qafqazinfo.az

Seçilən
23
21
hurriyyet.az

10Mənbələr