AZ

Prezident ilham Əliyev tərəfindən bir qrup dövlət qulluqçusu təltif edilib

Əliyeva Gülşad Hüseyn qızı - 28 yanvar 1961-ci il, Ucar rayonunun Küçəkənd kəndində anadan olmuşdur. Ucar RİHB aparatı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ““Tərəqqi” medalına layiq görülmüşdür.


Məlumat üçün bildirirəm ki, bir müddət əvvəl Prezident ilham Əliyev tərəfindən bir qrup dövlət qulluqçusu təltif edilib. Xatırladaq ki, təltif olunanlar arasında Gülşad  Hüseyn qızı Əliyeva da var. Gülşad xanımı uzun illərdir tanıyıram. Əsil dövlət adamıdır. Uzun illər dir Ucar rayonunda vəzifədə çalışır. Onu tanıyanlar onun nə qədər vətənpərvər və gözəl insan olduğunu yaxşı bilir. İşində məsuliyyətli, intizamlı və ən əsası el-oba adamı kimi insanların qəlbində yer alıb. Dövlət qulluğunda səmərəli fəaliyyəti ölkə başçısı təırəfindən qiymətləndirildi. Bu nəcib və məsuliyyətli yolda Gülşad xanıma uğurlar arzulayır və “TƏRƏQQİ” medalına layiq görüldüyünə görə onu təbrik edirəm.

 

Sənubər Məmmədova


Seçilən
26
azia.az

1Mənbələr