“Neftçi” PFK Emil Balayevlə yeni müqavilə bağlayıb.
Klubdan "Unikal"a bildirilib ki, anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.
“Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də komandamızın qapısını qorumuş Balayev 2023-cü ilin yayından bizimlədir. O, milli komandanın heyətində 14 oyun keçirib”, - məlumatda qeyd edilib.