AZ

Putin bu ölkəyə səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının sammitində və Avrasiya İqtisadi Forumunda iştirak etmək üçün Minskə səfər edib.

Referans xəbər verir, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Rusiya Prezidentinin təyyarəsi Minsk hava limanına enib. Qeyd olunur ki, təyyarənin pilləkənləri yaxınlığında fəxri qarovul dəstəsi düzülüb", - məlumatda deyilir.

Qeyd edilib ki, iyunun 27-də Minskdə Putinin iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Bir gün əvvəl Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Minskdə Putinə eksklüziv hədiyyə hazırlandığını bildirib.

Seçilən
28
50
referans.az

10Mənbələr