AZ

Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı davamedir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, qitə birinciliyininikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

33 kiloqramda Ülviyyə Musayeva rumıniyalı Mariya Pavelə 8:2hesabı ilə qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya0:10 hesabı ilə məğlub olub.

36 kiloqramda Gülay Xasməmmədova rumıniyalı Ariana Harsanı 15:8hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya“tuş”la uduzub.

39 kiloqramda yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərovamacarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinalayüksəlib. Ancaq finalın bir addımlığında rusiyalı DaryaMaslennikovaya 3:8 hesabı ilə məğlub olub və sabah bürünc medaluğrunda güləşəcək.

42 kiloqramda Yağmur Məlikli 1/8 finalda belaruslu AnastasiyaNiakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşovaeyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnarsabah təsəlliverici görüşə çıxacaq.

46 kiloqramda Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabıilə qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimətgöstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz MəryəmHacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb –0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

50 kiloqramda Günel Kərimli təsnifat mərhələsində rusiyalıVarvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalıAnastasiya Yakovlevaya “tuş”la uduzub. Hər iki güləşçimiz sabahtəsəlliverici görüşə çıxacaq.

54 kiloqramda Məryəm Əmrəli türkiyəli Asya Cintasa 9:2,makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovskakeçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşəçıxacaq.

58 kiloqramda İnci Abdullayeva ilk mərhələdə gürcüstanlı AnaTsereteliyə “tuş”la məğlub olub.

62 kiloqramda Rəna Nuriyeva serbiyalı Nikoleta Saboya tamüstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı DaryaMarkovaya 1:10 hesabı ilə məğlub olub. Rəna sabah təsəllivericigörüşə çıxacaq.

66 kiloqramda Simurə Abdullayeva bolqarıstanlı VeronikaStoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabı ilə,serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrəkyarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda belaruslu KamilaRudziankovaya heç bir şans verməyib – 10:2. Şəmkir güləş məktəbininyetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.

Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.

Seçilən
24
18
az.trend.az

10Mənbələr