AZ

İspaniyalı müdafiəçini heyətinə qatdı - 2 illik müqavilə

“Sabah”ın Avropa Liqasındakı rəqibi “Sele” yeni transfer reallaşdırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi ispaniyalı müdafiəçi David Kastronu heyətinə qatıb.

29 yaşlı ispaniyalı mərkəz müdafiəçisi ölkəsinin “Rasinq” klubundan "Sele”yə keçib. “Valensiya”nın sabiq üzvü yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

“Sabah” “Sele” ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə ayın 17-də səfərdə keçirəcək.

Seçilən
57
3
sportinfo.az

10Mənbələr