AZ

“Kayzerslautern” Mahiri buna görə transfer edib” - FOTO

"Əvvəlcə Mahir Emrelini “Kayzerslautern” komandasına transferi münasibətilə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında futbol mütəxəssisi Ceyhun Sultanov Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern”ə keçidi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Mahir Emreli yeni komandasında qol vurmaq bacarığını nümayiş etdirəcək:

“Ötən mövsüm 2-ci Bundesliqanın digər kollektivi “Nürnberq”də yaxşı performans sərgilədi. İnanıram ki, “Kayzerslautern”də də bunun davamını gətirəcək.

Bu liqa da asan deyil. Güclü rəqabət var. Mahirin həmin çempionat üçün yaxşı keyfiyyəti var. Buna görə onu transfer ediblər”.

Emreli “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.

Ceyhun

Seçilən
40
1
sportinfo.az

10Mənbələr