AZ

Qarpızdan zəhərlənməmək üçün nə edək?

Bakı. Trend:

Artıq bazarlarda, marketlərdə piştaxtalardaqarpızlar görünməyə başlayıb. Hələ qarpız mövsümü tam olaraqbaşlamasa da, kifayət qədər qarpız satan və alan var. Vaxtındanəvvəl, mövsümündə yeyilməyən qarpızlar zəhərlənməyə səbəbolur.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibiRuzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki,may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiyaşöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciətedib.

“Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydəalınmayıb”, - deyə o əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan Qida təhlükəsizliyi Hərəkatınınrəhbəri, Sağlam qidalanma mütəxəssisi MəhsətiHüseynova bildirib ki, Azərbaycan üçün qarpızın xarakterikmövsümü iyul ayının ortalarından başlayaraq avqust ayına qədər olandövr hesab olunur.

O qeyd edib ki, bu müddətdə yetişən qarpızlar daha təbii, qidadəyəri daha yüksək və orqanizm üçün faydalı olur:

“Xüsusilə həssas qruplara aid insanlar – azyaşlı uşaqlar,yaşlılar, xroniki xəstəlikləri olanlar, hamilə və süd verənqadınlar məhz təbii mövsümdə yetişən qarpızlara üstünlükverməlidirlər. Bir çox hallarda mövsüm başlamazdan əvvəl satışdaolan qarpızlar ya istixanalarda yetişdirilmiş, ya da istiölkələrdən gətirilmiş olur. Bu hallarda, əgər qarpızın daşınması vəsaxlanması zamanı kimyəvi maddələrdən və konservantlardan istifadəedilməyibsə, az miqdarda istehlak etmək olar.

Qarpızın faydalı xüsusiyyətlərinə gəlincə, tərkibinin böyükhissəsinin sudan ibarət olması, A və C vitaminləri, likopin kimiantioksidant maddələrlə zəngin olması onun orqanizmə faydasınıartırır. Likopin xərçəngə qarşı qoruyucu təsir göstərir və immunsistemini gücləndirir. Kalorisi aşağı olduğu üçün asan həzm olunurvə lif tərkibinə görə həzm sisteminə də faydalıdır. Həmçinin, yaymövsümündə sərinləşdirici qida kimi istifadə olunur”.

“Zərərlərinə gəlincə, süni şəkildə, istixanalarda kimyəvimaddələrlə yetişdirilən qarpızların tərkibində çoxlu nitrat vədigər zərərli maddələr ola bilər. Bu isə allergik reaksiyalar, həzmpozğunluğu, qarın ağrısı və hətta zəhərlənmə ilə nəticələnə bilər.Qarpızın həddindən artıq miqdarda qəbulu da zərərlidir. Xüsusiləşəkərli diabet və insulin dirənci olan şəxslər miqdarına diqqətetməlidirlər. Soyuq şəkildə yeyildikdə mədə və bağırsaq sistemindəsoyuqlama və iltihab riski yaradır.

Qarpız alarkən təbii mövsümdə yetişmiş, çox iri olmayan, parlaqqırmızı rəngli, aydın naxışlı və günəş şüalarının təsirində uzunmüddət qalmamış meyvələrə üstünlük verilməlidir. Uzun müddətgünəşdə qalan qarpızın keyfiyyəti aşağı düşür və sağlamlıq üçüntəhlükə yarada bilər”, - deyə Məhsəti Hüseynova əlavə edib.

Məqalədə:
Seçilən
69
29
az.trend.az

10Mənbələr