AzVision.az xəbər verir ki, vəkil Miqran Poqosyanın açıqlamasına istinad edən Rusiyanın “TASS” agentliyi belə məlumat yayıb.
“Səhər tezdən təhlükəsizlik qurumlarının 30-a yaxın maskalı əməkdaşı Şirak yeparxiyasının binasına soxulub. “Tədbirlərin keçirilməsi” adı altında dindarlar yeparxiya binasına buraxılmırlar”,- Miqran Poqonsyan jurnalistlərə deyib.
Xatırladaq ki, iyunun 25-də Ermənistandaarxiyepiskop Baqrat Qalstanyan həbs olunub. Ölkənin İstintaq Komitəsi keşişin və 10-dan çox başqa şəxsin hakimiyyətin zorakılıqla ələ keçirilməsi və terror aktlarının hazırlanmasında iştirak etdiyini bildirib.
Artıq iş üzrə bir neçə təqsirləndirilən şəxs, o cümlədən keçmiş separatçı rejimin “deputatı” David Qalstyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan saxlanılıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta