AZ

Azərbaycanda Bilyard Akademiyasının açılışı və ilk seminar gerçəkləşdi

Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Bilyard Federasiyasından çəlumat verilib.

Yeni yaradılan akademiya milli komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur.

Bu gün akademiyada xaricdən dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə seminar keçirilib. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə tövsiyələr verilib.

Seçilən
22
23
operativmedia.az

10Mənbələr