Məlum oludğu kimi, “Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller cari mövsümün başa çatması ilə Münhen klubundan ayrıacaq.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, Müller MSL-ə keçə biləcəyi haqda ehtimal irəli sürüb:
“Bəli, ehtimal var ki, mən MLS klubuna keçəcəyəm, amma mənə, bunu götür-qoy etmək gərəkdir. İndi mən klublararası dünya çempionatına köklənmişəm. Ola bilsin ki, pərdə arxasında hansısa danışıqlar gedir, amma indi əsas məsələ – bu yarışdır. Mən heç vaxt heç yerə tələsmirəm, qərarlarımın qəbulunda isə əsəb keçirmirəm, orada isə baxarıq. Hələ, heç özüm də bilmirəm”, deyə Müller vurğulayıb.
Tomas Müller “Bayern”in məzunudur. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edir.
Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 47 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 754 oyun, 250 qol, 276 məhsuldar ötürmədən ibarətdir.
Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin “bundestim”lə DÇ-2014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.