AZ

"Monako" yeni mövsüm üçün ev forması ilə tarixə ehtiramını ifadə etdi

Fransanın “Monako” klubu 2025/2026 mövsümü üçün nəzərdə tutulan yeni ev formasını təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, yeni dizayn “Monako” ilə yaponiyalı idman geyimləri istehsalçısı “Mizuno”nun ilk əməkdaşlığının məhsuludur və o, həm ənənələri, həm də müasirliyi özündə birləşdirir.

Forma üzərindəki məşhur qırmızı-ağ 55 dərəcəlik diaqonal zolaq – 1960-cı ildə Monako şahzadəsi Qreysin dizayn etdiyi və bu vaxtadək “Rouge & Blanc”ın (Qırmızı və Ağlar) bütün ev formalarında yer alan element – bu dəfə də qorunub saxlanılıb. Bununla yanaşı, forma unikal relyefli şaquli cizgilərlə tamamlanaraq xüsusi dizayna sahib olub.

Bu incə vertikal xətlər “Monako”nun 1960-cı ildə ilk tarixi uğuruna – Fransa Kubokunu qazandığı dövrdə geyindiyi formaya istinad edir. Həmin dövrdə komanda hələ diaqonal dizayna keçməmişdi.

Qeyd edək ki, “Monako” 2024/2025 mövsümündə Fransa Liqa 1-in bürünc mükafatçısı olub.

Seçilən
34
47
90deqiqe.az

10Mənbələr