AZ

Üç yunan-Roma güləşçimiz finalda

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

İdman.biz xəbər verir ki, yığmamızın 13 pəhləvanı qüvvəsini sınayıb.

Onlardan üçü finalda güləşmək şansı qazanıb.

U15 Avropa çempionatı
Yunan-Roma güləşi
38 kq

Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu Qleb Semianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalib gələrək finala yüksəlib.

Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimli polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvan Aleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Arsan Aliyevə (0:9) məğlub olbu. Xudayar təsəlliverici görüşə çıxacaq.

41 kq
Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalı Ayan İstfana (11:0) və polşalı Matvey Bezrukyiyə (9:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda rusiyalı Soltan Yusupova (2:11) uduzub. Rahib sabah bürünc medal uğrunda güləşəcək.

44 kq
Ömər Salmanov türkiyəli Mustafa Güvənə (8:0) və litvalı Orestas Stakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrək finala yüksəlib.

48 kq
Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı Nikolaos Zinisaya "tuş"la məğlub olub. Vəkil təsəlliverici görüşə çıxacaq.

52 kq
Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1), türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə gürcüstanlı Qabriel Tavberidzeyə (4:13) məğlub olan güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək.

Onun çəki yoldaşı Qurban Məcnunov isə 1/8 finalda rumıniyalı Andrey Peleana 3:4 hesabıyla məğlub olub.

57 kq
İbrahim Məmmədzadə moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) uduzub.

63 kq
Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı Maksim Deliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana (1:10) məğlub olbu və sabah bürünc medal uğrunda güləşəcək.

68 kq
Əli Məmmədov fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı Daviti Mxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuriy Ronjinə (0:7) uduzub.

74 kq
Ruslan Nuriyev gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəli Mehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrək finala güləşmək şansı qazanıb.

85 kq
Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalı Aleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belaruslu Dmitri Kiselə (UWW) "tuş"la məğlub olub. Zöhrab təsəlliverici görüşə çıxacaq.

Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilk mərhələdə polşalı Lusyan Popeçkiyə "tuş"la uduzub.

İdman.biz

Seçilən
15
17
idman.biz

10Mənbələr