AZ

Beş ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Samux rayonunda 5 ay əvvəl itkin düşən balıqçının meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, Samux rayonunun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevin meyiti Kür çayının rayon ərazisindən keçən hissəsində aşkar edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov Kür çayında balıq tutarkən itkin düşmüşdülər. M.İsmayılovun meyiti sonradan tapılsa da, İ.Şubliyev barədə heç bir məlumat yox idi.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
50
oxu.az

10Mənbələr