AZ

Fiqudan “Real”a tövsiyə: Onu transfer edin

“Real”ın sabiq yarımmüdafiəçisi Luiş Fiqu klub rəhbərliyinə tövsiyə edib.

Publika.az xəbər verir ki, o, Madrid təmsilçisinə “Atletik” və İspaniya millisinin cinah oyunçusu Niko Uilyamsı transfer etməyi məsləhət görüb.

“Mənim xoşuma gələn bir çox futbolçu var, amma Niko Uilyamsı mütləq transfer edərdim. O, bir brilyantdır. Bugünkü transfer bazarını nəzərə alsaq, onun qiyməti mənə olduqca münasib görünür. Keyfiyyətinə və gənc yaşına görə çox yaxşı transfer olardı.

Biz fərqli tipli oyunçularıq. Amma mənə onun mövqeyi çox xoş gəlir. Kənar hücumçular xoşuma gəlir, çünki mən də bu mövqedə ən yaxşı oyunumu göstərmişəm. Onun qədər sürətli deyildim. Kaş mən də o sürətdə olardım”.

Seçilən
22
50
publika.az

10Mənbələr