Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
"Mümkün deyil ki, bir evdə yaşayan ailədə və ya hər hansı bir cinayət hadisəsində iştirak edənlərin hamısı təsadüfən azərbaycanlı olsun. Hətta belə bir hal baş versə belə, bir cinayətin kollektiv şəkildə törədilməsi mümkün deyil. Burada Rusiyanın müxtəlif dövlət qurumlarının və güc strukturlarının məqsədli fəaliyyəti açıq şəkildə görünür. Baş verən zorakılıq hadisəsi Rusiyanın müəyyən güc strukturlarında çalışan vəzifəli şəxslər tərəfindən xüsusi məqsədlə törədilir", - deyə deputat vurğulayıb.
O qeyd edib ki, 25 il əvvəl baş vermiş hər hansı bir cinayət hadisəsi ilə bağlı indi əməliyyat aparılması və hüquqazidd addımların atılması ciddi suallar doğurur:
"Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı verdiyi açıqlama və Rusiyanın müvəqqəti işlər vəkilinin XİN-ə çağırılaraq xəbərdar edilməsi mühüm addımdır və bunun nəticə verəcəyinə inanıram. Əgər bu zorakılığı törədənlər Rusiyanın siyasi iradəsindən kənar hərəkət ediblərsə, onlar mütləq cəzalandırılmalıdır. Əgər cəzalandırılmayacaqlarsa, bu, artıq siyasi qərar kimi dəyərləndirilməlidir. Bu baxımdan, baş verənləri hələlik Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirmək tezdir. Lakin azərbaycanlılara qarşı törədilən bu kütləvi zorakılıq cəzasız qalarsa, bu zaman hadisənin arxasında siyasi səbəblər axtarmağa məcbur qalacağıq".
Deputat əlavə edib ki, istənilən halda baş verən hadisələr qəbuledilməzdir:
"Heç bir halda hər hansı bir cinayəti törətmiş şəxs polis zorakılığına məruz qalmamalı və ya öldürülməməlidir. Hər bir cinayətkara cəzanı yalnız məhkəmə verə bilər. Bu, həm Rusiyada, həm də bütün dünyada belədir. Hadisə qətiyyətlə pislənməli və Azərbaycan tərəfi Rusiyanın müvafiq qurumlarından aydın və əsaslandırılmış cavab gözləməlidir".
10Mənbələr
-
ulusum.azRusiyada azərbaycanlılara təzyiqlər artır: Arxasında hansı məqsədlər dayanır? - VİDEO ( 18741982)
-
musavat.comYekaterinburq hadisələri rus şovinizm siyasətinin növbəti təsdiqidir ( 18742021)
-
musavat.comStalindən betər: Putinin repressiya maşını iş başında - növbə kimindir? ( 18741871)
-
cebheinfo.azYekaterinburq olayı: Kremlin azərbaycanlılara qarşı siyasətində yeni mərhələ ( 18741829)
-
far.azKriminal Rusiya – Yekaterinburq qətliamının məsuliyyəti Putinin üzərinə düşür – ŞƏRH ( 18741796)
-
azxeber.com“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” Deputat ( 18741652)
-
ikisahil.azYekaterinburqda baş verənlər etnik zəmində strateji təzyiq siyasətinin açıq və planlı icrasıdır - EKSPERT ŞƏRH EDİR ( 18741526)
-
bizim.mediaStalini geridə qoyan Putin dövrü: qəddar şovinizm, zorakılıq və rus xalqının faciəsi… ( 18741505)
-
bizim.mediaStalini geridə qoyan Putin dövrü: qəddar şovinizm, zorakılıq və rus xalqının faciəsi… ( 18741523)
-
moderator.az"Haber Global": "Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb" - VİDEO ( 18741250)