BAKI, 28 iyun. TELEQRAF
"Akkuyu" AES-in ilk enerji blokunun bir il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Aleksandr Novak iyunun 27-də Moskvada keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə qarışıq hökumətlərarası komissiyasının iclasının yekunlarında bildirib.
"Düşünürəm ki, stansiyanın birinci bloku yaxın gələcəkdə, bir il ərzində istifadəyə veriləcək. Layihənin həyata keçirilməsinə xüsusi əhəmiyyət veririk. Bizim üçün bu, nüvə enerjisi və sülhməramlı atom sahəsində əməkdaşlıq sahəsində əsas layihədir", - Novak bildirib. O, həmçinin qeyd edib ki, “Akkuyu”nun tikintisi müəyyən olunmuş qrafik üzrə davam edir.
İkinci AES-in tikintisində Türkiyə ilə mümkün əməkdaşlıq məsələsinə toxunan Novak qeyd edib ki, “daha bir stansiyanın tikintisinin iqtisadi məqsədəuyğunluğu araşdırılır”.
Rusiya baş nazirinin müavini Türkiyə ilə neft və qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusuna diqqət çəkərək, Rusiyanın Türkiyəyə əhəmiyyətli həcmdə neft, neft məhsulları və kömür göndərdiyini və bu ölkənin Cənub-Şərqi Avropaya tədarük üçün tranzit olduğunu” qeyd edib.