AZ

Trampın xələfi öz oğlu OLA BİLƏR

Donald Trampın oğlu Erik Tramp atasının prezidentlik müddəti başa çatdıqdan sonra özü prezidentliyə namizəd ola biləcəyinə işarə edib

Bizim.Media xəbər verir ki, bu barədə Erik Tramp “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Trump Organization”ın icraçı vitse-prezidenti olan 41 yaşlı Erik atasının yolunu davam etdirməyi seçsəydi, Ağ Evə gedən yolun "asan olacağını" bildirib:

“Əsl sual budur: sən doğrudanmı ailənin digər üzvlərini bu işə cəlb etmək istəyirsən? Mən istəyirəmmi ki, övladlarım son on ildə mənim yaşadıqlarımı yaşasınlar?

Bilirsiniz, əgər cavab “bəli” olsaydı, düşünürəm ki, siyasi karyera mənim üçün asan olardı. Yəni düşünürəm ki, bunu bacararam. Və bu arada, hesab edirəm ki, ailəmizin digər üzvləri də bunu bacarar”.

Bizim.Media

Seçilən
20
3
bizim.media

10Mənbələr