ABŞ-da təşkil olunan klublararası dünya çempionatının il 1/4 finalçısı məlum olub.
Offsideplus.az xəbər verir ki, Braziliyanın iki təmsilçisi - "Palmeyras" və "Botafoqo" arasında keçirilən qarşılaşmada birincilər üstün olublar.
Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə komandalar əlavə vaxtda mübarizə aparıblar.
Yalnız 100-cü dəqiqədə Paulinyonun zərbəsi tora qovuşub.
"Palmeyras"ın 1/4 finalda rəqibi "Çelsi" - "Benfika" cütünün qalibi olacaq.
1/8 final
"Palmeyras" - "Botafoqo" 1:0
Paulinyo, 100