Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
"Unikal" xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.
Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.