AZ

Verdaska, Santos və Almeyda da “Kəpəz”i tərk etdilər

“Kəpəz”in portuqaliyalı futbolçuları – Dioqo Verdaska, Rojerio Santos və Valdemar Almeydanın Gəncə klubu ilə müqaviləsinin müddəti bitib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu oyunçularla yeni müqavilə bağlamağa ehtiyac duymayıb.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, sözügedən oyunçuların komanda ilə bağlılığı qalmayıb.

“Pana” ləqəbli Almeyda çempionatda “Kəpəz” forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaska 27, Santos isə 31 matçda Gəncə klubunun şərəfini qoruyub.

Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Kəpəz” daha öncə Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili və Kərim Lkuça ilə də yollarını ayırmışdı.

Seçilən
37
22
arena.az

10Mənbələr