AZ

Rusiyanın Azərbaycandakı səfiri yoxa çıxdı — Nə baş verir?


İyunun 27-i səhər saatlarında OMON dəstəsinin Yekaterinburqda 9 mənzilə hücum edib, soydaşlarımızı öldürməsi və ağır xəsarətlər yetirməsi, həmçinin onlarla azərbaycanlının təzyiqlər altında saxlanılması ilə bağlı Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb. 

Demokrat.az 
xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Nikolayeviç Yevdokimovdur. O, 2023-cü ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Maraqlıdır, Azərbaycan XİN-ə niyə səfir çağırılmayıb?

Məlumat üçün qeyd edək ki, müvəqqəti işlər vəkili müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda onu əvəz edən diplomatdır. 
Belə məlum olur ki, Yevdakimov vəzifəsini bu və ya digər formada tərk edib və məhz buna görə də müvəqqəti işlər vəkili təyin edilib.

Zəruri olaraq qeyd edək ki, müvəqqəti işlər vəkili əsasən dioplomatik münasibətlərdə daha aşağı səviyyə sayılır. Bu baxımdan Rusiyanı Azərbaycanda səfir deyil, müvəqqəti işlər vəkili səviyyəsində təmsilçiliyi diqqət çəkməyə bilməz.
Seçilən
23
4
demokrat.az

5Mənbələr