AZ

“Kəpəz” portuqaliyalı futbolçularla vidalaşdı

"Kəpəz" daha 3 legioneri ilə yollarını ayırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Portuqaliyalı futbolçular Dioqu Verdaşka, Rojerio Santos və Valdemar Almeydanın “sarı-göylər”lə müqaviləsinin müddəti başa çatıb və onlarla yeni anlaşma əldə olynmayıb. Beləliklə, bu oyunçuların “Kəpəz”lə bağlılığı qalmayıb.

Klub xidmətlərinə görə onlara təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

“Pana” ləqəbli Almeyda çempionatda “Kəpəz” forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi Verdaşka 27, Santos isə 31 matçda komandanın şərəfini qoruyub.

Seçilən
9
3
unikal.az

4Mənbələr