AZ

Ucarda "KamAZ" aşdı, Bakı-Qazax yolu bağlandı


Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Seçilən
12
13
news24.az

10Mənbələr