AZ

18 aydan sonra futbola qayıdan Poqba ağladı Video

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa millisinin sabiq üzvü Pol Poqba uzun fasilədən sonra futbola qayıdarkən göz yaşlarına hakim ola bilməyib.

QOL.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ötən gün "Monako" ilə müqavilə imzalayarkən ağlayıb.

Qeyd edək ki, dopinqə görə verilmiş 4 illik diskvalifikasiyası 18 aya endirilən Poqba cəzasını bu ilin mart ayında başa vurub.

Daha əvvəl “Mançester Yunayted” və “Yuventus”da çıxış edən Poqba Avropa Liqasının qalibi, İtaliya çempionatının 4 qat qalibi olub, İtaliya Kubokunu 2 dəfə, İtaliya Superkubokunu isə 3 dəfə qazanıb. Fransa millisində 2018-ci ildə dünya çempionu, Millətlər Liqasının qalibi və Avropa çempionatının vitse-çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
23
qol.az

10Mənbələr