AZ

Rus sənətçilər “DreamFest”dən çıxarıldı

Mədəniyyət Nazirliyinin Rusiya ilə bağlı mədəni tədbirlərin ləğv olunması haqqında çıxarılan qərardan sonra “DreamFest”də dəyişiklik edilib

OLAY yazır ki, bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov məlumat yayıb.
Məlumata əsasən, festivaldan bir sıra rus sənətçilərin çıxışları çıxarılıb:

“Beynəlxalq musiqi festivalı DREAM FEST 2025 yenilənmiş proqramla 23–26 iyul tarixlərində keçiriləcək. Festival cədvəlində dəyişikliklər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 29 iyun tarixli açıqlamasından sonra edilib. Birinci və üçüncü günlərin proqramı əsasən eyni qalacaq, ikinci və dördüncü günlər üçün isə yeni ifaçılar hazırlanır. Yenilənmiş beynəlxalq ulduzlar siyahısı yaxın günlərdə elan olunacaq”.

Seçilən
7
14
olay.az

10Mənbələr