AZ

“Rusiya anlamalıdır ki, belə cılız hərəkətlərlə müsbət nəticə əldə oluna bilməz” – DEPUTAT

“Rusiya Federal təhlükəsizlik orqanlarının Yekaterinburq şəhərində soydaşlarımıza qarşı keçirdikləri əməliyyat siyasi xarakter daşıyır”.

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Rusiya tərəfi baş vermiş hadisəni 25 il əvvəl törədilmiş cinayətlə əlaqələndirir:

“Hətta belə olsa belə, səhər saat 5-də evlərə basqın edilməsi, insanların vəhşicəsinə döyülməsi hüquqi cəhətdən əsaslandırıla bilməz. Son illər şimal qonşumuzun Mərkəzi Asiya, Qafqaz millətlərinə qarşı irqi ayrı-seçkilik, etnik zəmində dövlət orqanlarının diskriminasiya siyasətini görürük. Eyni zamanda Federasiyaya daxil olan bəzi Şimali Qafqaz xalqlarına da ögey münasibətin şahidi oluruq. Bütün bunlar, özünü güclü, mədəni, superdövlət hesab edən, ən azından belə iddialarla yaşayan Rusiyaya hörmət gətirmir. Əksinə, bir zamanlar birlikdə yaşamış, bir biri ilə çoxsaylı tellərlə bağlı olan xalqların gözündə kiçildir.

Ötən ilin dekabr ayında təyyarəmiz vuruldu. Dövlət tərəfindən lazımi tədbirlər görülmədi, cinayətkarlar cəzalandırılmadı. İndi də bu hadisə. Rusiya birdəfəlik anlamalıdır ki, belə cılız hərəkətlərlə müsbət nəticə əldə oluna bilməz”.

Seçilən
12
50
moderator.az

10Mənbələr