AZ

Pakistanda musson yağışları nəticəsində 45 nəfər ölüb

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər ölüb.Bu barədə “Geo TV” xəbər yayıb.

Məlumata görə, ən çox qurbanlar  Xeyber-Paxtunxva əyalətində qeydə alınıb. 

Telekanalın məlumatına görə, güclü yağış və mümkün daşqın riski şənbə gününə qədər davam edəcək. Qasırğalar və tufan bir sıra tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən torpaq sürüşməsi müvəqqəti olaraq yol əlaqəsini poza bilər.

Seçilən
50
45
anews.az

10Mənbələr