AZ

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Son günlərdə Pakistanda müşahidə olunan güclü musson yağışları və onların yaratdığı daşqınlar, ildırımlar və fırtınalar nəticəsində azı 45 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb.

Ən çox insan tələfatı Hayber-Paxtunxva əyalətində qeydə alınıb, 21 nəfər ölüb. Həmçinin Bəlucistan, Sind və Pəncab əyalətlərində də musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlər barədə məlumat verilib.

Telekanal qeyd edir ki, bu təbii kataklizmlər daha bir həftə davam edəcək.

Güclü ildırımlar və fırtına elektrik xətlərinə və infrastruktur obyektlərinə ciddi zərər vuracaq.

Bundan əlavə, dağlıq ərazilərdə torpaq sürüşməsi riski yüksəkdir və bu, nəqliyyat əlaqələrinin pozulmasına səbəb ola bilər.

Bizim.Media

Seçilən
44
50
bizim.media

10Mənbələr