AZ

Kulthard Norrisi tənqid etdi

“Formula-1”in sabiq pilotu, hazırda ekspert kimi çalışan Devid Kulthard belə hesab edir ki, “Maklaren”in pilotu Lando Norris media ilə ünsizyyətə hədsiz çox vaxt ayırdığına görə yarışlara tam köklənə bilmir:

“Əlbəttə, hər kəsin lazım bildiyini etmək hüququ var. Ancaq inanın ki, dili sakit tutmaq daha yaxşıdı. Belədə sonradan bu və ya başqa məsələ ilə bağlı izahat vermək lazım gəlmir. Çempionluğa iddialı olan pilot enerji israfını minimuma endirməlidi. Belə deyim. Sən yarışa 100 faiz köklənmisənsə, media ilə ünsiyyətə 20 faizi sərf edirsən, nəticədə yarış xəttinə 80 faiz hazırlıqla çıxırsan, rəqibin isə tam hazır olur. Bəli, mən çempion ola bilməmişəm. Ancaq “Formula-1”də iştirakla bağlı zəngin təcrübəm var, bir neçə çempionun olduğu komandalarda çıxış etmişəm. İnanın mənə ki, onların hər biri enerjisini maksimum qorumağa çalışırdı”.


Xatırladaq ki, hazırda hesabında 176 xal olan Norris (“Maklaren”) fərdi yarışda 2-ci yeri tutur. Turnir cədvəlinə isə onun komanda yoldaşı Oskar Piastri (198) başçılıq edir.
Seçilən
22
50
football-plus.az

10Mənbələr