AZ

"Xeyr, mən bu barədə heç nə demədim" - Tramp

"Əgər İran sülhpərvər davranarsa, ətrafa zərər verməsə, sanksiyaları ləğv edə bilərəm". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, təkrar bildirib ki, 12 günlük İsrail- İran savaşında hər iki tərəf təqatdən düşüb: "Hər iki tərəf çox yoruldu. İnd sülh vaxtıdır".

ABŞ lideri əlavə edib ki, Amerika İranın nüvə potensialını məhv edib: "İranın zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları səhvdir . Onlar əslində, yaşamaq üçün özlərindən başqa heç nəyi bir yerə apara bilmədi. Düzünə qalsa, onlar bizdən bu hücumu da gözləmirdilər".

İrana qarşı sanksiyaların davam etdiyini xatırladan Tramp Çinin atəşkəsdən sonra İrandan neft ala biləcəyi ilə bağlı iddialara da münasibət bildirb: "Xeyr, mən bu barədə heç nə demədim. Sanksiyalar hələ də qüvvədədir. Amma İran üzərlərinə düşəni edər, sülhpərvər davranarsa, həmçinin bizimlə əməkdaşlıq edərsə, o zaman sanksiyaları ləğv edəcəm".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
31
50
mia.az

10Mənbələr