AZ

Sabiq klubları Yusif Nəbiyevi geri qaytarmaq istəyir

“Səbail”lə müqaviləsi başa çatan Yusif Nəbiyev karyerasını Premyer Liqada davam etdirə bilər.

İdman.biz “FutbolPress“ə istinadən xəbər verir ki, cinah müdafiəçisi “Sumqayıt” və “Kəpəz”lə danışıqlar aparır.

Nəbiyev “Səbail”in heyətində I Liqada oynamaq niyyətində deyil. Müdafiəçi “Sumqayıt”ın təklifinə daha isti yanaşır. “Kəpəz” də transferdə israrlıdır.

Karyerası ərzində “Qəbələ”, “Sumqayıt”, “Zirə”, “Kəpəz”, “Səbail”də çıxış edən Nəbiyev başa çatan mövsümdə 32 oyun keçirib.

İdman.biz

Seçilən
15
2
idman.biz

3Mənbələr