AZ

İspaniyada havanın temperaturu +46ºC-ə yüksəldi

İspaniyada keçən həftə sonu temperatur rekord həddə - +46ºC-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayıb. Bildirilib ki, Əndəlüsün Huelva əyalətində yerləşən El Qranadoda şənbə günü, iyunun 28-də termometr +46°C göstərib. "Bu, rekordlar başlayandan bəri iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur", - agentlik bildirib. Montoro və Fuentes de Əndəlüs bələdiyyələri +44°C və +43.9°C temperaturla El Qranadodan bir qədər geridə qalıblar. İsti dalğasının pik nöqtəsi daha da böyük istilərin olacağı bazar və bazar ertəsi arasında gözlənilir.

Seçilən
19
1
sia.az

10Mənbələr