AZ

Avtomobilin vurduğu velosipedçi ölüb

Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 24-də avtomobil Naxçıvan şəhərində yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən velosipedçi bu gün həmin tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
2
bakivaxti.az

6Mənbələr