AZ

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubundan ayrılıb

Bakı, 30 iyun, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” komandasından ayrılıb.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Karyeramda çox qeyri-adi və maraqlı bir mövsüm oldu. Həm təcrübə, həm də ən əsası, meydandan kənarda yeni dostlar qazandım. Komanda yoldaşlarıma və rəhbərliyə təşəkkür edir, onlara yeni mövsümdə uğurlar arzulayıram. Təşəkkürlər, Astana!", - deyə təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Rövşən Hüseynli “Astana”ya ötən ilin yayında keçmişdi.

Seçilən
27
6
azertag.az

10Mənbələr