AZ

Musson yağışları Pakistanda 45 nəfərin ölümünə səbəb olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

Pakistanda musson yağışları dörd gün ərzində 45 nəfərin həyatına son qoyub, 68 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb. Məlumata görə, mövsümi yağışlar Pakistanın demək olar ki, bütün əyalətlərinə təsir edib.

Meteorologiya xidməti növbəti 12-24 saat ərzində ölkənin böyük hissələrində gözlənilən güclü yağış və tufanla bağlı xəbərdarlıq edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
azertag.az

2Mənbələr