AZ

3 nəfərin öldüyü qəzadakı sürücü PTX-nin əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, iyunun 26-da Sabirabad rayonunda yük və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. Qəza nəticəsində sürücü 24 yaşlı Cəmil Məmmədli və sərnişinlər - 15 yaşlı Nihad Məmmədli və 25 yaşlı Fərid Hümbətov həyatını itirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, mərhum sürücü Cəmil Məmmədli Prezidentin Təhlükəsizlik Xidmətində (PTX) xidmət edirdi. Qəzaya düşdüyü gün məzuniyyətdə olub.

Qəzada ölən 15 yaşlı Nihad Məmmədli isə C.Məmmədlinin əmisi oğludur.

Anar Kəlbiyev

Seçilən
1
2
unikal.az

3Mənbələr