AZ

Kaya Kallasın səfəri hansı SİYASİ SİRLƏRİ DAŞIYIR? - Nələr müzakirə edildi?

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İrəvana səfər edib. Belə ki, sözügedən səfər bu gün yekunlaşıb.

 

Bu səfərin məqsədi nə idi? Səfər çərçivəsində nələr müzakirə oluna bilər?

 

Mövzu ilə bağlı sualları politoloq Turan Rzayev Referans-a açıqlamasında cavablandırıb.

 



“Kaja Kallasın İrəvana etdiyi səfər, ilk növbədə Avropa İttifaqının (Aİ) Ermənistanla münasibətlərini daha da dərinləşdirmək məqsədini daşıyır. Bu səfər, xüsusilə Ermənistanın daxili siyasi gərginlikləri, o cümlədən Baş nazir Nikol Paşinyan ilə Kilsə rəhbərliyi arasındakı qarşıdurmalar fonunda həyata keçirilir. Bu mənada Kallas, vəziyyəti yerində görmək istəmiş ola bilər. Kallas, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və regional sabitliyin qorunması istiqamətində Aİ-nin maraqlarını ifadə edib. Lakin Ermənistanda daxili qarşıdurmaların artması regional sülhə təsir edir. Həm də bu ölkənin daxili sabitliyin pozulması Rusiyanın yenidən Ermənistanda aktivləşməsi riskini yaradır ki, Aİ bunu istəmir”.

 

Politoloq qeyd edib ki, Azərbaycan, Ermənistanın daxili siyasi gərginliklərinin regional sülhə təsir etməməsini istəmir. Aİ Azərbaycanla Ermənistan arasında mövcud olan sülh prosesini dəstəkləyir və bu, Azərbaycanın maraqları ilə uyğun gəlir. Lakin Aİ görünür narahatdır və buna görə də belə bir səfərə ehtiyac duyulub.

 

Fidan Vəlisoy 

Seçilən
23
45
referans.az

10Mənbələr