AZ

Kremlin media resursları baş verənlər barədə yalan xəbərlər yay



Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburq hadisələrinə verdiyi sərt reaksiya ilə bağlı belə bir ümumi tezis formalaşdırıblar: Azərbaycan hakimiyyəti Yekaterinburqdakı hadisələrə kəskin reaksiya verməməli, Rusiya hakimiyyətinin “məsələni araşdırırıq” açıqlamasıyla kifayətlənməli idi. Bu baş vermədiyinə görə, Kremlin media resurslarında Azərbaycana təzyiqin iki amili üzərində dayanıblar. Birincisi, Kreml Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını dayandıra bilər. İkincisi, Kreml Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı sərt qərarlar qəbul edə bilər. Yəni Kremldə yeni heç nə kəşf etməyiblər, “ənənəvi” təzyiq alətlərini işə salmaq barədə düşünürlər. Bu vəziyyətdən çıxış yolu var. Kreml Yekaterinburqda polis vəhşiliyini araşdırıb soydaşlarımızı öldürənləri həbs qərarını versə, münasibətlərdəki gərginlik nisbətən azala bilər. Ancaq bunun baş verəcəyini proznozlaşdırmaq çətindir. Çünki, Kremlin media resursları baş verənlər barədə yalan xəbərlər yaymaqda davam edirlər, guya soydaşlarımız ürək tutmasından ölüblər və guya həbs olunanlar Yekaterinburqda kriminala başçılıq ediblər. Belə olan halda çətin ki, Kreml təyyarə olayında olduğu kimi həqiqəti etitaf etsin.

Elxan Şahinoğlu, politoloq
Seçilən
18
50
newscenter.az

10Mənbələr