Fransalı hücumçu Olivye Jiru yay transfer pəncərəsində “Lill”ə keçidindən sonra ilk açıqlamasını verib.
90deqiqe.Az-ın “GFFN”ə istinadən məlumatına görə, 38 yaşlı forvard bu klubun öz tələblərinə və ailəsinin maraqlarına tam uyğun olduğunu bildirib.
“Lill” mənim və ailəm üçün bütün tələblərə cavab verir. Ümid edirəm ki, komandaya həm meydanda, həm də meydandan kənarda lider kimi faydalı ola bilərəm. Oyunçularla məşqçi heyəti arasında bağ qurmaq istəyirəm. Avropa Liqasında yenidən oynamaq fürsəti məni həqiqətən təsirləndirdi. “Lill” Fransanın böyük klublarından biridir”
Qeyd edək ki, Olivye Jiru karyerası ərzində “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan” kimi nəhəng klublarda çıxış edib. O, Fransa millisinin heyətində dünya çempionu olub, Avropa çempionatının finalçısı kimi gümüş medal qazanıb. 57 qolla “xoruzlar”ın tarixində ən çox qol vuran futbolçudur.
Jiru son olaraq ABŞ-ın “Los-Anceles” klubunda çıxış edirdi. Mövsüm ərzində 18 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.