Azərbaycanda Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” saxlanılıb.
Bizim.Media xəbər verir ki, RIA Novosti-yə “Ruptly” tərəfindən verilən məlumata görə, saxlanılan şəxs “Ruptly” media şirkətinin əməkdaşı və redaktorudur.
Rusiya mətbuatı xəbər verir ki, saxlanılan şəxs Aytəkin Hüseynovadır.Onun Rusiya və Azərbaycan vətəndaşı olduğu qeyd edilir.
A. Hüseynova guya Bakıya şəxsi məqsədlər üçün gəldiyini bildirib.
Onun redaksiya ilə razılaşdırılmış şəkildə, FSB-nin qeyri-rəsmi əməkdaşları kimi tanınan və Sputnik-də çalışan şəxslərin saxlanıldığı yerə getdiyi və mobil telefonla çəkiliş apardığı bildirilir.
Rusiya hakimiyyətinə yaxın KİV-lər yazır ki, onun anası artıq qızının polis idarəsində olduğunu təsdiqləyib.
Bizim.Media